AVARÇƏKƏNLƏR “DƏDƏ QORQUD” PARKINDA YENİDƏN NÜMUNƏVİ ÇIXIŞLAR ETDİ
08 oktyabr 2023 849
İdman həvəskarlarının böyük marağını və çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimini yenidən təşkil edib.
Təlim oktyabrın 7-si saat 16:00-dan 18:00-dək “Gənclik” metrosu yaxınlığında yerləşən Dədə Qorqud parkında keçirilib. Əraziyə giriş sərbəst olub.
Avarçəkənlərin nümunəvi çıxışları park ərazisində gəzintiyə çıxan sakinlər tərəfindən maraqla qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı yaradıb.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd əhali arasında avarçəkməyə olan marağın artırılması, insanlar arasında bu idman növünü daha da populyarlaşdırmaq, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
