Avropa çempionatının son günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal qazanıb
18 fevral 2024 1029
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.
Yarışın son günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal görüşünə çıxıb.
Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda mübarizə apararaq bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi hazırkı Avropa çempionatında indiyədək ümumilikdə 16 medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqram), Ülvi Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib. Sərbəst güləşçilər arasında isə Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) bürünc medal əldə ediblər.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı


