Xəbərlər

Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi baş tutdu

24 iyul 2022 188

Slovakiyanın Banska Bıstritsa bölgəsində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalına 33 idmançı ilə qatılan Azərbaycan nümayəndə heyyəti beşinci sırada parada çıxıb. Yerli vaxt ilə 20:30-da “SNP Stadium” da başlayan rəsmi paradda komandamızın bayraqdarları Qadir Hüseynov (cüdo), Səkinə Haçızadə (atletika) oldular. 50 iştirakçı ölkə, 10 idman növü üzrə 4000-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılala festivalda iştirak edəcək. Paradda iştirak edən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının missiya rəhbəri  Vaqif Əliyev yeniyetmə idmançıların böyük ruh yüksəkliyi ilə yarışlara hazırlaşdıqlarını bildirub. Onun sözlərinə görə, Olimpiya fəlsəfəsinin təbliği, Olimpiya Oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzun müddətli təcrübəyə malik Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin heyəti yeniyetmə idmançıların yarışlarda iştirakı ilə bağlı bütün məsələlərə nəzarət edir və komandamıızın festivalda təmsil olunmaları üçün çalışır. Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi bağlanış mərasimi 30 iyul tarixinə təsadüf edir.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 13-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir. “Parlamağa hazırıq” devizi altında keçirilən  festivalın www.eyof2022.comwww.eyof2022.com ünvanlı rəsmi saytı da fəliyyət göstərəcək.