Azərbaycan Atletika Federasiyası 7 may 2022-ci il tarixində “Uşaq Atletikası Günü”nü qeyd edib
09 may 2022 148
.jpg)
Azərbaycan Atletika Federasiyası 2022-ci il mayın 7-də dünyanın 150-dən çox ölkəsində qeyd olunan “Uşaq Atletikası Günü”ndə iştirakını qürurla elan edir.
Bu tarix əvvəllər Ümumdünya Atletika Günü kimi tanınırdı, bu qlobal təşəbbüsün keşmişi 1996-cı ilə gedib çıxır hansı ki, uşaq və gənclər arasında fitnesin və sağlam həyat tərzinin əhəmiyyəti ilə bağlı məlumatlılığın yayılması üçün yaradılmışdır .
2022-ci ildən Dünya Atletikasının inkişaf strategiyasına uyğun olaraq, bu bayram gününün adı atletikanın gücünü istifadə edərək uşaqları və gəncləri harada olurlarsa olsunlar, daha fəal olmağa, inkişaf etməyə , fiziki qabiliyyətlərini və idmanla olan əlaqələrini gücləndirmək üçün ruhlandırmaq məqsədilə dəyişdirilərək “Uşaq Atletikası Günü” kimi adlandırılıb,
Bu ildən başlayaraq hər il mayın 7-də milli federasiyalar, yerli klublar, tədbir təşkilatçıları, məktəblər və praktikantlar (məşqçilər, müəllimlər, könüllülər və valideynlər) 5 yaşdan 14 yaşa qədər uşaq və gəncləri yalnız atletika üçün deyil, bir çox digər idman və fiziki fəaliyyət üçün də tələb olunan təməl bacarıqları öyrətmək üçün nəzərdə tutulmuş əyləncəli oyun əsaslı fəaliyyətləri təşkil etmək və cəlb etmək üçün dəvət olunurlar.
Azərbaycan Atletika Federasiyası bu günü aşağıdakı idman yarışlarını keçirərək qeyd edib:
Sədlərlə estafet, Formula1, top atma, vortex atma, yerindən uzunluğa tullanma, çarpaz tullanma.
Yarışda 6 komandadan 48 uşaq (24 oğlan və 24 qız) iştirak edib.
Bənzər xəbərlər

Gənclər və idman naziri və MOK-un baş katibi Konyada futbol üzrə milli komanda ilə görüşüblər
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində ... Ətraflı

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat Avropa və ... Ətraflı