Azərbaycan Basketbol Liqasında 4-cü tura start verildi
02 noyabr 2022 1473
2 noyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turu start götürdü. Turun açılış oyununda iki şəhər komandası "NTD BK" və "AAAF Xırdalan BK" üz-üzə gəldilər. İki dəfə əlavə vaxtın yaşandığı oyunun yekununda "NTD BK" komandası rəqibinə 99-97 hesablı ilə qalib gəldi. Ən məhsuldar basketbolçular: "NTD BK" (Stenford Vilyam 22 xal- 9 ribaund ), "AAAF Xırdalan BK" ( Endryu Korum 26 xal - 18 ribaund) .Günün ikinci oyununda paytaxt klubu "Neftçi İK", region təmsilçisi "Olimpik Şəki BK" basketbolçuları ilə qarşılaşdı. Oyuna fəal başlayan region basketbolçuları yekunda 73-76 hesabı ilə qələbə qazanaraq, çempionat ilk qələbəsini qazandı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" (Zaur Quşanov 22 xal ), "Olimpik Şəki BK" ( Delvin Haf 34 xal - 5 ribaund)
Qeyd edək ki, 4-cü turun digər iki görüşü ("Sabah BK" - "Gəncə BK", "Zirvə Astara BK" - "Sərhədçi PİK") 5 noyabr tarixində, "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı



