Azərbaycan çempionatı Naxçıvanda
21 yanvar 2022 144

Azərbaycan Şahmat Federasiyasının təsdiqlədiyi plana əsasən kişi şahmatçılardan ibarət ölkə çempionatının tarixi məlum olub. Kişi şahmatçılar arasında Azərbaycan çempionatı fevralın 5-də Naxçıvanda start götürəcək.
İlin ilk şahmat yarışının Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.
40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1-4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.
Azərbaycan Şahmat Federasiyası ölkə çempionatında rəqabəti yüksəltmək məqsədi ilə mükafat fondunu artırmaq barədə qərar qəbul edib. İlk dəfə olaraq Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manat təşkil edəcək.
Bənzər xəbərlər

"İstedadlı uşaqların müəyyən edilməsi layihəsi"-nin Final mərhələsi bu gün baş tutdu
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi, Milli Olimpiya Komitəsi ... Ətraflı

Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib
Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası ... Ətraflı