Xəbərlər

Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirinin ikinci gününü iki medalla başa vurdular 

01 aprel 2023 322

Aprelin 1-i Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 1 gümüş və 1 bürünc medal qazanıb. 

Kişilər arasında -81 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Səid Mollayi finalda belçikalı idmançı Matias Kasse ilə qarşılaşıb. Görüşün nəticəsində Səid komandamızın aktivinə gümüş medal qazandırıb. 

-73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov isə bürünc medal əldə edib. H. Heydərov üçüncü yer uğrunda görüşdə digər həmyerlimiz Nurlan Osmanovla qarşılaşıb. N. Osmanov isə yarışı 5-ci yerdə başa vurub.