Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə də medal qazana bilməyiblər
02 mart 2024 774
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci gününü medalsız başa vurublar.
Bu gün yarışa qoşulan yığmanın dörd üzvü mükafatçılar sırasına düşə bilməyib.
Ömər Rəcəbli (81 kiloqram) üçüncü yer uğrunda görüşdə ukraynalı Mixaylo Svidraka uduzub. Bu gün mübarizəyə qoşulan millinin digər üzvləri - İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) da uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, Azərbaycan yığması yarışın ilk günündə də fəxri kürsüdən kənarda qalıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı