Xəbərlər

Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirinin ilk günündə 2 medal əldə etdi

24 mart 2023 420

24 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb.

Yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında -52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.