Xəbərlər

Azərbaycan cüdoçuları Tel-Əviv Böyük Dəbilqə turnirini 4 medalla başa vurdu

18 fevral 2023 396

16-18 fevral tarixlərində İsrailin ev sahibliyi etdiyi turnirdə Azərbaycan milli yığma komandası 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edib.

Yarışın ilk günündə -66 kq. çəkidə mübarizə aparan cüdoçu Orxan Səfərov gümüş medal əldə edib.

Turnirin sonuncu günündə -90 kq. çəkidə Məmmədəli Mehdiyev bürünc medal, -100 kq. çəkidə Zelim Kotsoyev qızıl medal, +100 kq. çəkidə Uşanqi Kokauri isə gümüş medal əldə edib.

Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub.