Azərbaycan dünya ikincisi oldu
27 iyul 2022 631
İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Millimiz mundialda uğurlu çıxışla yadda qalıb. Belə ki, məsul yarışda iştirak edən 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricimizdir.
Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb.
Beləliklə, yığmamız 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində yunan-Roma güləşimizdə yeni rekorddur.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı