Azərbaycan güləşçiləri Xorvatiyada təlim-məşq toplanışına başlayıblar
15 yanvar 2024 911

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Yığma ötən il olduğu kimi, Xorvatiyanın Poreç şəhərində bir neçə komandanın iştirakı ilə keçirilən hazırlıq prosesinə qatılıb.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında baş tutan hazırlıq prosesində Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (130 kiloqram) iştirak edirlər.
Yanvarın 28-dək davam edəcək birgə məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı