Xəbərlər

Azərbaycan idmançısı beynəlxalq xizək alpinizmi yarışının ilk günündə gümüş medal qazanıb

09 mart 2024 119

Martın 9-da Beynəlxalq Xizək Alpinizm Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Şahdağ"Beynəlxalq Xizək Alpinizmi yarışının ilk gününə yekun vurulub.

 

Ölkəmizdə bu idman növü üzrə ilk dəfə keçirilən beynəlxalq yarışda 11 ölkəni təmsil edən 55 idmançı mübarizə aparır. 

 

Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə yarışlarda iştirak ediblər. 18 yaşadək (U-18) idmançılar arasında keçirilən yarışda Almaniya təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Belə ki, qızlar arasında Yelena Eurenger, oğlanların mübarizəsində isə Morits Bauregger birinci olub. 

 

İyirmi (U-20) yaşlı oğlanların münbarizəsində də Almaniya təmsilçisi David Jost fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 23 yaşlı (U-23) qadınlar arasında Nikola Matkova (Slavakia) qalib adını qazanıb. Bu yaş qrupunda mübarizə aparan idmançımız Nəzrin Qəribova gümüş medala sahib çıxıb. U-23 kişilər arasında isə avstriyalı Andreas Mayer qızıl medala yiyələnib. 

 

Yarışın ilk gününün qalibləri Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal və kuboklarla təltif olunublar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Gənclər və İdman Nazirliyinin və Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.

 

"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı martın 10-da vertikal növ üzrə davam edəcək.

 

 

 

Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə yarışların nəticələri: 


U-18 kateqoriyası

Qadınlar arasında

I yer – Helena Eurenger (Almaniya)

II yer – Eva Sophie (Austriya)

III yer – Süeda Sultan (Türkiyə)

 

Kişilər arasında

I yer – Morits Bauregger (Almaniya)

II yer – Babtiste Carrikart (Fransa)

III yer – Simon Widmoser (Avstriya)

 

U-20 kateqoriyası

Kişilər arasında

I yer – David Jost (Almaniya)

II yer –Emirhan Kars (Türkiyə)

III yer – Methsy Nogueras (Fransa)

 

U-23 kateqoriyası

Qadınlar arasında

I yer – Nikola Matkova (Slovakiya)

II yer –Nəzrin Qəribova (Azərbaycan)

III yer – Marzieh Beha (İran)

 

Kişilər arasında

I yer – Andreas Mayer(Avstriya)

II yer –Jakub Siarnik (Slovakiya)

III yer – Nikola Kalistrin (Bolqarıstan).