Azərbaycan Lozanna 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirak edir
07 yanvar 2020 1186
Azərbaycan nümayəndə heyətinin İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarına hazırlıqları sona çatır. 8 yanvar tarixində nümayəndə heyəti 9-22 yanvar tarixlərini əhatə edəcək Lozanna 22020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarına yola düşəcək.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Azərbaycan Komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcəkdir. 9 yanvarda keçiriləcək Açılış mərasimində Azərbaycanın bayraqdarı Yekaterina Ryabova olacaqdır. Həmçinin, Azərbaycan nümayəndə heyətinin tərkibinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və MOK-un beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 79 ölkədən 1872 idmançının iştirak edəcəyi gözlənilir. Bu indiyə qədər Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ən çox iştirak etmiş idmançı sayıdır. Bu rəqəm bundan öncəki oyunlara münasibətdə 40% daha çoxdur. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə proqrama xizək alpinizmi idman növü də 5 dissiplində əlavə edilmişdir.
Təşkilatçı ölkə olan İsveçrə öz tarixində ilk dəfə ən çox idmançı sayı ilə (112 idmançı) 15 idman növündə iştirak edirlər. Idmançı sayına görə digər ən böyük delegasiya Rusiya Federasiyasına ( 96 idmançı), Amerika Birləşmiş Ştatlarına (96 idmançı) və Almaniyaya ( 96 idmançı) aiddir. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycandan əlavə daha 11 ölkə ilk dəfədir ki güclərini müxtəlif idman növlərində sınayacaqlar. İlk dəfə bu oyunlarda iştirak edən ölkələrə Albaniya, Ekvador, Haiti, Honq-Konq (Çin), Kosovo, Pakistan, Qatar, Sinqapur, Tayland, Türkmənistan, Trinidad və Tobaqo aiddir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı