Azərbaycan Milli Avarçəkmə Federasiyasının adı və loqotipi dəyişdirilib
03 mart 2022 1386

Növlərinə uyğun olaraq hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation - ICF) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation - IRF) fəaliyyət göstərir. Hər 2 qurumun tamhüquqlu üzvü olmaqla ölkəmizdə adları qeyd edilən idman növlərini inkişaf etdirən Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq. Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı