Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Gündəliyi 2020” Komissiyasının iclası keçirildi
22 iyun 2022 52

Komissiya üzvlərini salamlayan MOK-un Baş katibi və komissiyanın sədri Azər Əliyev 2022 Avropa Gənclərin Yay Olimpiya Festivalı (24 – 30 İyul, 2022), Konya 2022 İslam Həmrəyliyi Oyunlarında (9 – 18 Avqust, 2022) OCEP proqramının tətbiqi və proqram məktəblərinin iştirakı haqda məlumat verdi. Daha sonra komissiyanın “İdman Hamı Üçün” və “Qadın İdmanda“ televiziya proqramları ilə bağlı cari mövsüm müzakirə edildi. Komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndirdi. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ilə yanaşı Olimpiya Gündəliyi 2020 Komissiyasının 5-ci ildönümünün qeyd olunması ilə əlaqədar layihələr müzakirə edildi. Komissiya üzvləri Olimpiya Gündəliyi 2020 Komissiyasının 5-ci ildönümünə həsr edilmiş rəqəmsal layihəyə müsbət rəy verdilər.
Qeyd edək ki, “Olimpiya Gündəliyi 2020” Komissiyasının əsası 2017-ci ildə qoyulub. Komissiya BOK tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Bənzər xəbərlər

MOK-un 30 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışı keçirilib
İyulun 2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış ... Ətraflı

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək
Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun ... Ətraflı