Azərbaycan millisi İtaliyada Avropa birinciliyində iştirak edəcək
23 sentyabr 2022 1346
Sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Oğlanlardan ibarət yığmamız birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq. Məşqçilər korpusu Montesilvanoda Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənova (66 kq) şans verəcək.
Qızlardan ibarət milli komanda isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında qatılacaq. Yarışda ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı