Xəbərlər

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin inzibati binasında idman federasiyaları ilə geniş tərkibli iclas keçirildi

15 iyul 2016 615

Bakı – 15 iyul 2016

Bakı şəhəri, o cümlədən, ölkə ərazisində son illərdə istifadəyə verilmiş idman obyektləri və qurğularından idmanın inkişafı üçün daha səmərəli istifadə etmək, təhsil və idman qurumları arasında əməkdaşlığı daha da gücləndirmək, həmçinin respublikada idmanın inkişaf istiqamətləri və ehtiyaclarını müzakirə etmək üçün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin inzibati binasında idman federasiyaları ilə geniş tərkibli iclas keçirildi.

Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil edilən geniş tərkibli iclasda Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov, Gənclər və İdman Naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə , həmçinin Olimpiya və qeyri-olimpiya idman növlərinin rəsmiləri iştirak edib.

Çingiz Hüseynzadə: Azərbaycan müstəqillik əldə etdikdən sonraki dövrdə bütün sahələr kimi idman sahəsində inkişah edir. Artıq Rio 2016 Yay Olimpiya Oyunlarına çox az müddət qalmış idmanın inkişafı və təşviqi mühüm məsələlərdəndir. Müvafiq qürumların dəstəyi ilə keçirilmiş “Olympic Moves” layihəsi kütləvi idmanın yaradılması və keçirilməsinin mümkün olduğunu göstərdi.

Mikayıl Cabbarov: Məktəblilər və gənclər arasında idmanın təşviqi mühüm məsələlər sırasındadır. Mən çox şadam ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və müvafiq idman federasiyalarının dəstəyi ilə ali və orta təhsil müəssisələrində şagirdlərin idmana, xüsusən də bədən tərbiyəsinə cəlb olunması bugünki görüşümüzün əsas məqsədidir.

Azad Rəhimov: Bildiyiniz kimi,beynəlxalq yarışların Respublikamızda keçirilməsi son illər ənənə halı almışdır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız göz qabağındadır. Otən il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, bu Oyunların standartlarını müəyyən etdik. Azərbaycan idmanının bugünki uğurlarının ilk zəmini xalqımızın ulu öndəri,ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bud ahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırmışdır.

Çıxışlarda sonra federasiya rəsmilərinin iştirakı ilə fikir mübadiləsi aparıldı.