Azərbaycan Şahmat Federasiyasının (AŞF) sifarişi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sənədli film təqdim edilib
26 iyul 2023 889
"SƏRƏNCAM № 42" adlı ekran işində Ulu Öndərin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən bəhs olunur.
“Nizami” kinoteatrında təşkil olunan təqdimat mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FIDE rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, şahmat üzrə milli komandanın üzvləri iştirak edib.
Filmin nümayişindən öncə AŞF prezidenti Mahir Məmmədov çıxış edərək, il ərzində müxtəlif tədbirlər həyata keçirdiklərini xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu il çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunan kütləvi tədbirlər keçirilir. Bizim şahmat təqvimimizdə də bir neçə belə tədbir təşkil edilib”.
Federasiya prezidenti Heydər Əliyevin Azərbaycan şahmatının inkişafına böyük təkan verdiyini söyləyib: “Ulu Öndərin verdiyi diqqət sayəsində Azərbaycan qısa müddətdə dünyanın aparıcı şahmat ölkələrindən birinə çevrildi”.
Sonra film nümayiş olunub. Sənədli filmin rejissoru Vüsal Qarayev, layihənin rəhbəri isə Azad Abbasovdu.
1998-ci ildə Ulu Öndər Heydər Əliyev şahmatçılar Vüqar Həşimov, Teymur Rəcəbov, Qədir Hüseynov və Rauf Məmmədovu qəbul etdikdən sonra onların hazırlığı və inkişafı ilə bağlı sərəncam imzalayıb. Həmin tarixi sənəd 42 nömrəli sərəncam olduğuna görə sənədli film belə adlanır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)

.jpeg)

