Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 60 yaşdan yuxarı şahmatçılar arasında veteranlar arasında ölkə çempionatına start verilib
14 iyun 2022 542
Çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov veteran şahmatçılar arasında yarışların vacib olduğunu söyləyib. AŞF rəhbəri veteran şahmatçılara daim diqqət ayrılacağını bildirib və Azərbaycan çempionatında qalib olacaq iştirakçının FİDE tərəfindən təşkil olunacaq dünya çempionatında iştirak edəcəyini sözlərinə əlavə edib.
AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov çempionatdan maraqlı mübarizə gözlədiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
Sonra yarışda AŞF-nin prezidenti Mahir Məmmədov birinci lövhədə ilk gedişi edib.
Veteran şahmatçılar arasında ən yaşlı iştirakçı 1939-cu il təvəllüdlü Orxan Əfəndiyevdi. 26 şahmatçının iştirak etdiyi çempionatın ümumi mükafat fondu 3000 manat təşkil edir. Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı