Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi yığmanın düşərgəsinə baş çəkib
21 avqust 2023 727
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa çempionatında iştirak edən qadınlardan ibarət Azərbaycan millisinin düşərgəsinə baş çəkib.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri Düsseldorfda təşkil olunan Avropa çempionatında iştirak edən qadınlardan ibarət Azərbaycan yığmasının bugünkü məşqində olublar.
Onlar voleybolçular və məşqçilər korpusu ilə görüşüblər. Qarşıdakı oyuna hazırlıq prosesi ilə maraqlanan federasiya rəhbərliyi yığmaya uğurlar arzulayıb.
Qeyd edək ki, qrupda keçirdiyi ilk üç matçda 3 xal qazanan Azərbaycan yığması IV tur çərçivəsində avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
