Azərbaycan voleybol millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
12 mart 2022 1108
Kişi və qadın voleybolçular arasında AVRO-2023-ün seçmə mərhələsinin qrupları müəyyənləşib. Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millilərinin də rəqibləri bəlli olub.
Kişilərdən ibarət yığmamız A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Türkiyə və Danimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
Qadınlardan ibarət yığmamız isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.
Kişi və qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsini keçirəcək ölkələr hələlik açıqlanmayıb.
Qeyd edək ki, qitə çempionatının seçmə mərhələsinin görüşləri avqust – sentyabrda olacaq.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı