Azərbaycan voleybolçusu Türkiyə çempionatında həftənin ən yaxşıları sırasında yer alıb
30 yanvar 2024 1177
Türkiyənin “Karayolları” komandasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova həftənin ən yaxşı oyunçuları sırasında yer alıb.
33 yaşlı hücumçu buna Sultanlar Liqasının XVIII turunda “Aydın Böyükşəhər Bələdiyyəspor”la qarşılaşmada 26 xal toplayaraq nail olub.
Görüş P. Rəhimovanın komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Karayolları” turnir cədvəlində 6 xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı