Azərbaycan yığması boks gecəsində döyüşəcək
22 fevral 2024 621
Fevralın 25-də Polşanın Lyublin şəhərində boks gecəsi keçiriləcək.
Gecədə milli komandamızın yerli yığma ilə yoldaşlıq görüşü təşkil olunacaq.
Döyüşlər 9 çəki dərəcəsində baş tutacaq. Artıq Polşaya yollanan komandaya məşqçilər Elbrus Rzayevlə Ravşan Xocayev rəhbərlik edəcək.
Gecədə Məsud Yusifzadə (51 kiloqram) Nikolas Pavliklə, Əzrək Bəbirov (57 kiloqram) Yakub Krzpietlə, Maqsud Xasmetov (60 kiloqram) Yaub Suleçki ilə, Nəbi İsgəndərov (67 kiloqram) Mateus Qreyberlə, Kamran Şahsuvarlı (75 kiloqram) Mixal Yarlinskilə, Fəqan Məmmədov (80 kiloqram) Muhammadali Romanski ilə, Seyid Seyidov (86 kiloqram) Yakub Staşevski ilə, Rauf Məmmədov (92 kiloqram) Yakub Stepinski ilə və Yohannes Nuriyev (+92 kiloqram) Viktor Bartniklə üz-üzə gələcək.
Emil Qurbanəliyev isə Azərbaycanı hakim kimi təmsil edəcək.
Qeyd edək ki, boks gecəsi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Bənzər xəbərlər
Atletimiz üçün yeni sınaq
Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyanın Xemnitz şəhərində təşkil olunacaq XXVI beynəlxalq qış ... Ətraflı
Yeniyetmə taekvondoçularımız təlim-məşq toplanışına başlayıb
Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Bu ... Ətraflı