Azərbaycan Yüksək Liqasında ikinci dövrənin ilk turu keçirilib
17 fevral 2022 1507
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turu keçirilib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın VI turuna “Neftçi” “Murov” matçı ilə start verilib.
I dövrədə “Murov” klubuna qalib gələn “Neftçi” ikinci görüşdən məğlub ayrılıb. Tay-brekə kimi davam edən qarşılaşmada iki hissəni 25:23 və 29:27 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası yekunda uduzub. “Murov” əzmkar oyun sayəsində növbəti 3 hissədə rəqibindən səhvsiz oynayaraq meydandan qalib ayrılıb - 3:2 (23:25, 27:29, 25:15, 25:23, 15:10).
Günün ikinci qarşılaşması MOİK və “Sərhədçi” komandaları arasında olub. Görüş MOİK-in 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Qüdrət Məlikovun komandası 25:23 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən MOİK 25:12 və 25:18 hesabı ilə qələbə qazanıb – 3:1.
II dövrənin ilk turundan sonra MOİK 12 xalla turnir cədvəlində vahid liderliyə yüksəlib. “Murov” 11 xalla ikinci, onlardan 1 xal geri qalan “Neftçi” üçüncüdür. “Ekspress”in aktivində 3 xal olduğu halda, “Sərhədçi” hələ bu hesabı aça bilməyib.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı