Azərbaycana dağ xizəyi üzrə Beynəlxalq yarışların keçirilməsi hüququ verilib
18 yanvar 2024 223
Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi (yoxlanışdan keçmə) başa çatıb.
Federasiyadan verilən məlumata görə, FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində mərkəzə homoloqasiya sertifikatı təqdim edilib.
Buna əsasən, Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.
Eyni zamanda, bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsi imkanı yaradır.
Qeyd edək ki, homoloqasiya xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amildir.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı