Azərbaycanda üzgüçülük məşqçiləri üçün növbəti seminar keçiriləcək
19 oktyabr 2022 989
Oktyabr ayının 28-29 tarixlərində Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçiriləcək. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə iki gün davam edəcək seminarda Azərbaycanda inşa edilmiş Olimpiya Komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-2-3-4 kurs əyani və qiyabi təhsil alan tələbələri dəvət olunublar. Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminarı hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının Direktoru İvan Petrovu aparacaq. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı