Azərbaycanın basketbol hakimi Avropa Kubokunun oyununa təyinat alıb
01 noyabr 2023 1174
Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov yeni təyinat alıb.
Referi Qadınlar arasında FIBA Avropa Kubokunun qrup mərhələsinin oyununu idarə edəcək.
O, bu gün Yunanıstanda “Panatinaikos” və Belçikanın “Mexelen” komandaları arasında keçiriləcək IV tur matçının baş hakimi olacaq.
Ə. Həsənova çexiyalı Martin Kutsirek və rumıniyalı Andrada Tseder kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı