Azərbaycanın daha bir cüdoçusu Qran-Pridə bürünc medal qazanıb
27 yanvar 2024 665
Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Mollayi bürünc medal uğrunda görüşdə özbəkistanlı Nurbek Murtozoyevə qalib gəlib.
Yığmanın digər üzvləri Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kiloqram) isə turniri medalsız başa vurublar.
Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı