Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub
14 fevral 2024 1010
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə finalda türkiyəli Səlçuk Cana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu çəki dərəcəsində bürünc medallardan birinə Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov sahib çıxıb.
Qızıl mükafat uğrunda qadınların yarışında Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub.
Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı