Azərbaycanın daha üç para-atleti İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pridə medal qazanıb
27 may 2022 1539
Nüvə itələmə növündə çıxış edən idmançılarımızdan Elvin Astanov (F53) və Oloxan Musayev (F55) qızıl medala sahib çıxıblar. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olan Astanov 8.28, Pekin-2008 Paralimpiadasının çempionu Musayev isə 10.43 metr nəticə göstərib.
Digər təmsilçimiz Arzuman Paxırov (F55) isə 7.25 metr nəticə ilə gümüş medalçı olub.
Qeyd edək ki, daha əvvəl Samir Nəbiyev (nüvəitələmə, F57) yarışın qızıl medalını qazanıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı