Azərbaycanın qrup hərəkətləri komandası dünya kubokunda bürünc medal qazanıb
23 aprel 2023 795
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət qrup hərəkətləri komandamız Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında bürünc medala sahib olub.
Komandamızın 3 lent və 2 topla final çıxışı 32,300 xalla qiymətləndirilib.
Yarışın qalibi 33,100 xalla İsrail komandası olub. Çin gimnastları 32,450 xalla turniri ikinci pillədə başa vurublar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı