Azərbaycanın stolüstü tennisçiləri gələn ay iki beynəlxalq yarışda iştirak edəcəklər
30 yanvar 2024 1017
Azərbaycanın stolüstü tennisçiləri fevral ayında iki beynəlxalq turnirdə iştirak edəcəklər.
Yığma əvvəlcə fevralın 21-26-da Xorvatiyanın Osiyek şəhərində “Europe Youth Series” turnirində qüvvəsini sınayacaq. Azərbaycanı həmin yarışda Şəbnəm Mansurova, Xədicə Eylazova, Yağmur Məmmədli, Banu Baytallı, Tunar Bağırov, Uğur Nəzərli, Onur Quluzadə və Şakir Qədirov təmsil edəcək.
Milli komanda fevralın 28-dən martın 2-dək isə Əlcəzairdə təşkil olunacaq “WTT Youth Contender” turnirində qüvvəsini sınayacaq. Mərziyə Nürmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə medal qazanmağa çalışacaqlar.
Stolüstü tennisçilər ardınca baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışı keçirəcəklər. Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Ləman Adbulhəmidova, Zemfira Mikayılova və Xədicə Əbilzadə bu məqsədlə martın 2-də adıçəkilən şəhərə yollanacaqlar.
Mütəmadi şəkildə həyata keçirilən bu cür toplanışlar qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı