Azərbaycanın voleybol hakimi Türkiyə klubunun oyununa təyinat alıb
20 fevral 2024 1261
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.
Mixail Frişman fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas” və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı