Xəbərlər

Azərbaycanın voleybol yığmaları Qızıl Avropa Liqasında iştirak edəcəklər

13 dekabr 2023 196

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandaları Qızıl Avropa Liqasında iştirak edəcəklər.

Yarış 2024-cü ildə mayın 17-dən iyunun 16-dək təşkil olunacaq.

Avropa Voleybol Konfederasiyasının yeni qaydalarına uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüblər. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli kollektivlər isə Gümüş Avropa Liqasında mübarizə aparırlar.

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi reytinq cədvəlinin 20-ci, kişilərdən ibarət yığması isə 26-cı yerdə qərarlaşıb. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin komandası mübarizə aparacaq. Yeni reqlamentə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.

Artıq Azərbaycan yığmalarının rəqibləri də bəllidir.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.

Qeyd edək ki, qadınların yarışında “dördlər finalı”na Çexiya ev sahibliyi edəcək. Kişilər arasında yarışı qəbul edəcək ölkə isə hələlik bəlli deyil.