Xəbərlər

Azərbaycanlı avarçəkən Çində keçirilən XXXI Yay Universiadasında bürünc medal qazanıb

07 avqust 2023 187

Azərbaycan avarçəkənlərinin Çinin Çendu şəhərində təşkil olunan tələbələrin XXXI Yay Universiadasındakı çıxışları uğurlu nəticə ilə yadda qalıb.

Bir nəfərlik akademik avarçəkmə qayığında 2 min metr məsafədə yarışan Bəhmən Nəsiri təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq “A” finalında yarışmaq hüququ qazanıb. Nəsiri həlledici yürüşdə də inamlı çıxış edib. İdmançımız son anadək çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofinişlə müəyyənləşdirilib. B.Nəsiri az fərqlə üçüncü yer tutaraq bürünc medala sahib olub.

Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə “B” finalında üçüncü nəticə göstərib.