“Azərreyl” voleybol klubu Çağırış Kubokunda mübarizəyə başlayır
17 oktyabr 2023 952
Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün ilk görüşünə çıxacaq.
Komanda 1/32 finalda Ukrayna təmsilçisi “Balta” ilə qarşılaşacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Çelenc kuboku, 1/32 final mərhələsi
17 oktyabr
20:00. “Azərreyl” – “Balta”
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, qarşılıqlı razılığa əsasən komandalar arasında cavab oyunu oktyabrın 18-də Bakıda keçiriləcək.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı