Bakı 2018 Tennis Çempionatının logosu təqdim olundu!
08 iyun 2018 813

II Beynəlxalq Həmrəylik Tennis Çempionatına 50 gündən az müddət qaldığı bir zamanda bu çempionatın Yerli Təşkilat Komitəsi logonu təqdim etdi. Logo 23-28 iyul tarixləridə keçiriləcək Bakı 2017 İslam Həmrəylik Oyunlarının irsini davam etdirən Tennis Çempionatında istifadə olunacaq.
###
II Beynəlxalq Həmrəylik Tennis Çempionatı İslam Həmrəyliyi İdman Federasiyası və Milli Olimpiya Komitəsinin imzaladığı birgə tərəfdaşlıq əsasında həyata keçirilir.
Anlaşma Memorandumu 19 aprel 2018-ci il tarixində İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən təşkilatın baş katibi cənab Məhəmməd S. Əl-QARNAS və Azərbaycan respublikası Milli Olimpiya Komitəsi tərəfindən vitse-prezident cənab Çingiz Hüseynzadə imzalamışdır.
Memorandumun məqsədi İHİF üzv ölkələrinin idmançıları arasında İslam Həmrəyliyini möhkəmləndirmək, idmanda İslam şəxsiyyətini zənginləşdirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, İslam ölkələrində idman və Olimpiya hərəkatını təbliğ etmək və İHİF üzv ölkələrinin gəncləri arasında birlik və qardaşlığı təbliğ etməkdir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı