Bakı 2018 Yerli Əməliyyat Komitəsinin ilk iclası keçirildi
16 may 2018 906
Bu gün Milli Olimpiya Komitəsində qarşıdan gələn II Beynəlxalq Həmrəylik Tennis Çempionatına dair iclas keçirildi. İclasda yerli əməliyyat komitəsinin üzvləri olan Milli OlimpiyaKomitəsi, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tennis Federasiyasının nümayəndələri iştirak edirdi.
Tədbir çərçivəsində fəaliyyət planına bir daha nəzər salındı, MOK və Azərbaycan Tennis Federasiyası arasında mütəşəkkil şəkildə tədbirə hazırlıq planı təsdiqləndi.
Çempionat zamanı tələb olunan nəqliyyat, qidalanma, yerləşmə və digər mühüm məqamlara toxunuldu.
Xatırladaq ki, II Beynəlxalq Həmrəylik Tennis Çempionatı (Bakı 2018) 23-28 iyul tarixlərində keçiriləcək. Tennis Çempionatı Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, islamda idmana marağı yüksəltməkdən ibarətdir.

Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı






