Bakı Böyük Dəbilqə turnirinin birinci günündə cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazandı
04 noyabr 2022 1011
Heydər Əliyev adına İdman arenasında keçirilən Böyük Dəbilqə turnirində ilk günün görüşləri keçirilib. Bu gün cüdoçularımız 1 qızıl və 2 bürünc medal əldə edib.
-60 kq. çəki dərəcəsində yarışan idmançımız Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kəramət Hüseynov isə üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.
-66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov serbiyalı idmançı Strahinca Bunsisi məğlub edərək turnirin bürünc medalını qazanıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı


.jpeg)