Bakıda Boks idman mərkəzində XI “Baku open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirildi
10 mart 2020 1119
Ənənəvi olaraq hər il keçirilən “Baku open” beynəlxalq karate turniri bu dəfə dünya şöhrətli idmançımız Rafael Ağayevin 35 illiyinə həsr olunub. Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə karatenin Azərbaycanda populyar idman növlərindən biri olduğunu vurğulayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə karateçilərimiz Rafael Ağayev və İrina Zaretskanın “Tokio-2020” Yay Olimpiyadasında böyük naliyətlər əldə edəcəklərinə inandığını bildirib. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Azərbaycanda bütün idman növlərinə, o cümlədən karatenin inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirib. O, bu qayğıya cavab olaraq Azərbaycan karateçilərinin böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. Tədbirdə Rafael Ağayev, İrina Zaretska və digərləri çıxış edərək Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafına verilən dövlət dəstəyini qeyd ediblər.




Bənzər xəbərlər
Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün marşal qeydiyyatına ... Ətraflı
Millimiz rekord nəticəylə Avropa ikincisi oldu
U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Millimiz 1 qızıl, ... Ətraflı



