Bakıda keçiriləcək U-18 Avropa çempionatının loqosu basketbol sevərlərə təqdim olunub
26 aprel 2023 1090
29 iyul - 6 avqust tarixlərində Bakıda 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı "C" divizionunun loqosu təqdim edilib. Loqotipin ilkin görünüşü, bayrağımızda öz əksini tapmış aypara və səkkiz guşəli ulduzu xatırladır. Loqodan qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsinin və içərisində səkkiz guşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanmasının şahidi oluruq. Basketbolun əsas özəyini təşkil edən topun atəş qırmızı rəngdə olması isə məhz doğma Azərbaycanımıza xas olan xromatik xüsusiyyətdir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı