Xəbərlər

Bakıda keçirilən atıcılıq üzrə yarışda dünya rekordu yenilənib

22 avqust 2023 172

Bakıda atıcılıq üzrə dünya çempionatı yarışları Olimpiya növündə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə davam edib.

40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.

Gümüş medala Fransadan olan atlet yiyələnib. Klemen Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bürünc medalı Almaniyanı təmsil edən Florian Peter əldə edib (24 dəqiq atış).

Komanda yarışında isə Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.

Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya və Ukrayna komandasının üzvləri öz ölkələrinə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak üçün lisenziya qazandırıblar.