Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq
24 avqust 2023 1259
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
Çempionluq və üçüncü yer uğrunda mübarizə aparan şahmatçılar medalların taleyinə tay-brekdə aydınlıq gətirəcəklər.
Finalda norveçli Maqnus Karlsenlə hindistanlı Rameşbaba Praqnanandxa münasibətlərinə aydınlıq gətirəcəklər. Onların əvvəlki iki duelində heç-heçə qeydə alınıb.
Azərbaycan şahmatçısı Nicat Abasov isə bürünc medal uğrunda mübarizədə ABŞ təmsilçisi Fabiano Karuanayla qarşılaşacaq. Abasov ilk görüşdə
Karuanaya qalib gəlsə də, ikinci oyunda rəqibinə uduzub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı