Bakıda qadın şahmatçılar arasında Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi olub
21 avqust 2023 233
Bakıda qadın şahmatçılar arasında Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, şahmatçılar və digər qonaqlar iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra monitorda qadınlar arasında yarışa həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ardınca çıxış edən Mahir Məmmədov bu cür yarışı qəbul etməkdən qürur duyduqlarını bildirib. O qeyd edib ki, Bakı gələcəkdə də bu cür nüfuzlu yarışlara ev sahibliyi edəcək. İştirakçılara minnətdarlığını bildirən federasiya prezidenti Dünya Kubokunun qalibi olan Aleksandra Qoryaçkinanı qələbə münasibətilə təbrik edib. Mahir Məmmədov deyib ki, şahmatın Azərbaycanda bu dərəcədə populyar olması və sevilməsi birbaşa ölkə rəhbərliyinin idmanla bağlı uğurlu siyasətinin nəticəsidir.
Daha sonra söz FIDE prezidenti Arkadi Dvorkoviçə verilib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edən Dvorkoviç xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb.
Ardınca qaliblərə mükafatlar təqdim olunub. Ukraynalı Anna Muziçuka bürünc, bolqarıstanlı Nurgül Salimovaya gümüş, yarışın qalibi rusiyalı Anna Qoryaçkinaya isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Mahir Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. Qalib şahmatçının şərəfinə FIDE-nin rəsmi himni səsləndirilib.
Sonda Arkadi Dvorkoviç qadınlar arasında Dünya Kuboku yarışını bağlı elan edib.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı