Xəbərlər

Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri baş tutacaq

10 may 2023 242

11-15 may tarixlərində Bakı şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında beynəlxalq basketbol turniri keçiriləcəkdir. Beynəlxalq turnirdə xarici tələbələrlə yanaşı, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dölət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri də iştirak edəcəklər. Turnirin oyunları hər birində dörd komanda olmaqla iki qrup üzrə keçiriləcək. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin oyunları "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. 

Qrup A 
1. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 
2. Leninqrad Dövlət Universiteti
3. Süleyman Dəmirəl Universiteti 
4. Akaki Tsereteli Dövlət Universiteti 

Qrup B
1. Azərbaycan Texniki Universiteti
2. Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universiteti 
3. Yanka Kupala Qrodno Dövlət Universiteti 
4. Türkmənistan Tələbə Komandası