Xəbərlər

Basketbol üzrə həvəskarlar liqası yekunlaşıb 

02 aprel 2023 581

2 aprel Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə həvəskarlar liqasının üçüncü yer uğrunda və final oyunları baş tutub. "Feniks" - "Torpaq" oyununda "Feniks" komandası 77-61 hesablı qələbə qazanaraq, həvəskarlar liqasında üçüncü yerin sahibi olub. Final oyununda "Probasket" və "Caspian Storm" kollektivləri qarşılaşıblar. Görüşə üstün başlayan "Caspian Storm" rəqibinə 93-79 hesabı ilə qalib gələrək, altı komandanın iştirakı ilə keçirilən həvəskarlar liqasının qalibi adına yiyələnib.