BCF-in prezidenti milli komandaların Təlim-Məşq Mərkəzində olub
19 fevral 2024 735
Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ona mərkəzdə yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.
Marius Vizer İJF-nin standartlarına cavab verən tatamilərlə təchiz olunmuş zallar və fiziki məşq zalı ilə tanış olub. O, həmçinin psixoloq, həkim, fizioterapiya və masaj otaqlarına baxış keçirib, idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün istifadə olunan cihaz, avadanlıqlar və müasir resurslar haqqında məlumat əldə edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı