Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub
17 mart 2022 1140
Bakıda keçirilən bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatına yekun vurulub.
Son olaraq çempionatda böyüklər yaş qrupunda müxtəlif alətlər üzrə qaliblər bəlli olub.
Ölkə çempionatda halqa ilə yarışda Arzu Cəlilova qızıl medal qazanıb. “Tokio-2020” Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova gümüş, İlona Zeynalova bürünc medala sahib olublar.
Topla hərəkətlərdə Z.Ağamirova birinci, A.Cəlilova ikinci, İ.Zeynalova üçüncü pillədə qərarlaşıblar.
Gürzlər ilə yarışda Alina Gözəlova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Z.Ağamirova və A.Cəlilova ilk üçlükdə yer alıblar.
Lentlə hərəkətlərdə Z.Ağamirova birinci olub. Arzu Cəlilova yarışı ikinci, Kamilla Əliyeva isə üçüncü pillədə başa vurublar.
Çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı