Beynəlxalq basketbol turnirində tələbələrimiz yarımfinala vəsiqə qazanıblar
13 may 2023 727
13 may Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin sonuncu qrup oyunları keçirilib. Turnirin qrup mərhələsinin sonuncu turunda aşağıdakı nəticələr qeydə alınmışdır. Bu nəticələrindən sonra "A" qrupundan "LDU" və "ADBTİA", B qrupundan isə "AzTU" və "TTK" komandaları turnirin yarımfinalına vəsiqə qazanıblar.
SDU (Türkiyə) - ATSU (Gürcüstan) 66-78
AzTU (Azərbaycan) - ÖBDİU (Özbəkistan) 66-64
ADBTİA (Azərbaycan) - LDU (Rusiya) 80-120
YKQDU (Belarusiya) - TTK (Türkmənistan) 78-84
Qeyd edək ki, yarımfinal görüşləri 14 may tarixində baş tutacaq
LDU (Rusiya) - TTK (Türkmənistan)
AzTU (Azərbaycan) - ADBTİA (Azərbaycan)
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı